Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində İŞİD və PYD terrorçularının İraq və Suriyadan oğurladıqları muzey eksponatları və məzarlardan qarət etdikləri tarixi əsərlər tapılıb.
“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə İstanbul Qaçaqçılığa qarşı Mübarizə İdarəsindən bildirilib.
Hadisə ilə bağlı ikisi Suriya əsilli olmaqla qaçaqmalçı dəstənin 9 üzvü şübhəli şəxs qismində saxlanılıb.
Tarixi əsərlər arasında Şumer mədəniyyətinə aid 3500 illik 152 ədəd döyüş geyimi də var. Asur və Akkad mədəniyyətinə aid 3500 illik yaşı olan silindrik möhürlər və çoxlu sayda qiymətsiz tarixi əsərlər də aşkarlanaraq götürülüb.




