İraqda sel suları 37 il əvvəl itkin düşmüş əsgərin cəsədini ölkəyə gətirib

İraqda sel suları 37 il əvvəl itkin düşmüş əsgərin cəsədini ölkəyə gətirib
Maraqlı
102
25 Aprel , 2019 02:53
İraqda sel suları 37 il əvvəl itkin düşmüş əsgərin cəsədini ölkəyə gətirib

İranın şərqində şiddətli yağışların səbəb olduğu sel 37 ildir itkin düşmüş iraqlı əsgərin cəsədinin tapılmasına səbəb olub.

"Report" "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, əsgər Əbdülemir Hacı Cabbar Cadiri 8 il davam etmiş İran-İraq müharibəsi zamanı, 1982-ci ildə itkin düşüb. Son günlər İranla yanaşı, İraqın da bəzi ərazilərini su altında qoyan sel itkin əsgərin cəsədini Misan şəhərinin Meşra dairəsinə sürükləyib.

Cəsədin üzərində boyunbağı, qol saatı və digər əşyalar tapılıb. Araşdırmalar zamanı meyitin Cadiriyə məxsus olması müəyyənləşdirilib. Əsgərin cəsədi Zikar vilayətində, Feçir ərazisində torpağa tapşırılıb.

Cadiri 1971-ci ildə vətənə qayıdaraq İraq ordusunda hərbi xidmət edib.