İranda bəzi estetik əməliyyatları edən və etdirənlər cəzalandırılacaq

İranda bəzi estetik əməliyyatları edən və etdirənlər cəzalandırılacaq Bakı. 12 noyabr. REPORT.AZ/ İranda “Eşşək qulağı” və “Keçi gözü” estetik əməliyyatlarını etmək və etdirmək qadağan edilib.
Maraqlı
12 Noyabr , 2018 21:14
İranda bəzi estetik əməliyyatları edən və etdirənlər cəzalandırılacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ İranda “Eşşək qulağı” və “Keçi gözü” estetik əməliyyatlarını etmək və etdirmək qadağan edilib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin Hüquq komissiyasının sözçüsü Həsən Novruzi deyib.

Onun sözlərinə görə, qadağanı pozan 10 gündən 2 aya qədər həbs, 74 şallaq zərbəsi ilə cəzalandırılacaq. H.Novruzi bu növ əməliyyatların ictimai əxlaqa zidd olduğunu vurğulayıb.

İran dünyada estetik əməliyyatların aparılmasna görə ilk sıralardadır.  

Son xəbərlər

Orphus sistemi