İngiltərədə yeraltı məbədə yol açan dovşan yuvaları aşkar olunub

İngiltərədə yeraltı məbədə yol açan dovşan yuvaları aşkar olunub Qədim mağara Şropşir şəhəri yaxınlığındakı fermer sahəsində tapılıb
Maraqlı
144
11 Mart , 2017 00:57
İngiltərədə yeraltı məbədə yol açan dovşan yuvaları aşkar olunub

Bakı. 11 mart. REPORT.AZ/ Böyük Britaniyada dovşan yuvalarının tədqiqi zamanı yeraltı təmpliyer məbədlərinə aparan yol aşkar edilib.

"Report" "Metro" nəşrinə istinadən xəbər verir ki, insan əli ilə yaradılmış qədim mağara Şropşir şəhəri yaxınlığındakı fermer sahəsində aşkar edilib.

Mağaraya giriş dovşan yuvası altında gizlədilib. Müqəddəs yerdə olmuş yerli sakinlər onun əla vəziyyətdə qaldığını bildirirlər.

"Metro"nun məlumatına görə, məbədin yaşı 700 ilə yaxındır, lakin mütəxəssislər onun nə zaman yaradılması ilə bağlı dəqiq tarix demirlər.

Jurnalistlərin fikrincə, müqəddəs yer, çox güman ki, templiyerlər ordeninin cəngavərlərinə və ya onların davamçılarına məxsusdur.

Son xəbərlər

Orphus sistemi