İndoneziyada qaya üzərində çəkilmiş ən qədim şəkillər aşkar olunub

İndoneziyada qaya üzərində çəkilmiş ən qədim şəkillər aşkar olunub Alimlər ən qədim petroqliflərin 40 min ilə yaxın yaşı olduğunu güman edirlər
Maraqlı
224
9 Oktyabr , 2014 12:40
İndoneziyada qaya üzərində çəkilmiş ən qədim şəkillər aşkar olunub
Bakı. 9 оktyabr. REPORT.AZ/ Alimlər İndoneziyada mağara rəsmlərinin ən qədim nümunələrini aşkar ediblər. Bu barədə "Report"  BBC-yə istinadən xəbər verir. 

Vəhşi heyvanların təsvirləri və insan əllərinin trafaret şəkilləri İndoneziyanın Sulavesi adasındakı mağaraların birində tapılıb. Alimlər hesab edirlər ki, tapılan petroqliflərin ən qədiminin 40 mindən artıq yaşı var. 

Mağarada, həmçinin 27 min il əvvəl çəkilən şəkillər də var. Alimlər belə nəticəyə gəliblər ki, orada yaşayan insanların nəsilləri ən azı 13 min il ərzində şəkil çəkməklə məşğul olublar.

Son xəbərlər

Orphus sistemi