İndoneziya cəngəllikdə yeni paytaxt inşa edəcək

İndoneziya cəngəllikdə yeni paytaxt inşa edəcək İndoneziya prezidenti Kalimantan (Borneo adası) cəngəlliklərində yeni paytaxtın inşasını elan edib.
Maraqlı
6 Sentyabr , 2019 03:10
İndoneziya cəngəllikdə yeni paytaxt inşa edəcək

İndoneziya prezidenti Kalimantan (Borneo adası) cəngəlliklərində yeni paytaxtın inşasını elan edib.

"Report" xəbər verir ki, bu barədə "Lonely Planet" məlumat yayıb.

Məlumata görə, İndoneziya hakimiyyəti Cakartanın ekoloji və iqtisadi problemlərinə görə, paytaxtı başqa yerə köçürmək barədə qərar qəbul edib. Qeyd edilir ki, indi şəhərin bir hissəsi hər il on santimetr suyun altında qalır və daşqın riski var.

Lakin yeni paytaxtın ərazisində belə təbii fəlakətlər - zəlzələlər, sunami, sürüşmələr və vulkan püskürmələri kimi risklər yoxdur. Amma ərazidə meşə yanğınları təhlükəsi böyükdür.

Bəzi ekoloji təşkilatlar hesab edir ki, yeni paytaxt təbiətə ziyan vura bilər. Hazırda İndoneziyanın Ətraf Mühitin Qorunması Departamenti layihənin ekoloji qiymətləndirilməsi üzərində işləyir və onun noyabrda başa çatacağı ehtimal edilir. Əgər layihə bəyənilsə, inşa işləri 2021-ci ildə başlanacaq.

Yeni paytaxt 32,7 milyard dollara başa gələcək. Şəhərin adı isə hələ seçilməyib.

Daha əvvəl bildirilirdi ki, İndoneziyanın paytaxtı Yava adasındakı Cakarta şəhərindən köçürüləcək. Buna səbəb paytaxt əhalisinin ifrat şəkildə artaraq 10 milyona yaxınlaşması nəticəsində bir çox problemlərlə üz-üzə qalmasıdır. 

Son xəbərlər

Orphus sistemi