Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb

Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb Məhkəmə qanunu 6 aylıq bloklayıb
Maraqlı
22 Avqust , 2017 10:34
Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Hindistan Ali Məhkəməsi ictimaiyyətin etiraz nümayişlərindən sonra İslam çərçivəsində qanunun istifadəsini qadağan edib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, məhkəmə qanunu 6 aylıq müddətə bloklayıb.

Bu qanun ölkədəki müsəlman kişilərə həyat yoldaşına sadəcə üç dəfə "talyak" sözünü yazmaq və ya deməklə boşanmağa icazə verirdi. Amma Hindistanda yaşayan müsəlman qadınlar etiraz edərək, kişilərin bu sözdən sui-istifadə etdiyini, hətta boşanma barədə "Skype" və "WhatsApp"dan istifadə etdiklərini bəyan ediblər.

Qeyd edək ki, talyak (ərəbcə "boşanma" deməkdir) İslamda boşanma prosedurudur. Boşanma barədə elan etmək hüququ ərdə olur, arvad isə yalnız şəriət məhkəməsi vasitəsilə boşanma tələb etmək hüququna malikdir. 

Son xəbərlər

Orphus sistemi