Məşhur “İndiana Cons” filminin yeni hissəsi çəkiləcək

Məşhur “İndiana Cons” filminin yeni hissəsi çəkiləcək Amerika aktyoru Harrison Ford beşinci dəfə “İndiana Cons” rolunu canlandıracaq.
Maraqlı
5 Fevral , 2020 05:09
Məşhur “İndiana Cons” filminin yeni hissəsi çəkiləcək

Amerika aktyoru Harrison Ford beşinci dəfə “İndiana Cons” rolunu canlandıracaq.

“Report” xəbər verir ki, bu barədə NME bildirib.

“Lucasfilm”in prezidenti Ketlin Kennedi aktyorun filmdəki iştirakını təsdiq edib. "Biz səylə çalışırıq, ssenari üzərində işi bitiririk. Onu nə vaxt yazıb qurtarsaq, dərhal çəkilişlərə başlayacağıq. Bəli, Harrison Ford layihəyə qoşulacaq və bu yenidən başlama deyil, davamdır", - deyə o bildirib.

Beləliklə, baş rolun başqa aktyora həvalə ediləcəyi barədə şayiələr təkzib olunub.

Harrison Ford 1981-ci ildən dörd filmdə - "İndiana Cons: İtirilmiş gəminin axtarışlarında", "İndiana Cons və taleyin məbədi", "İndiana Cons və son səlib yürüşü", "İndiana Cons və büllur kəllənin krallığı"nda çəkilib.

Filmin beşinci hissəsinin adı hələlik yoxdur.

Daha əvvəl bildirilirdi ki, amerikalı rejissor Stiven Spilberq İndiana Consun macəraları haqqında filmin beşinci hissəsi üzərində işə başlayır.

Son xəbərlər

Orphus sistemi