Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər Gürcüstanda maraqlı və təsirli hadisə yaşanıb.
Maraqlı
11 İyul , 2020 09:40
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

Gürcüstanda maraqlı və təsirli hadisə yaşanıb.

“Report”un yerli bürosu xəbər verir ki, əkiz qardaşlar illər sonra vahid milli imtahanlarda görüşüblər.

Belə ki, Telavinin 9 saylı məktəbinin məzunu Luka Kululaşvili iyulun 9-da "Gürcü dili və ədəbiyyatı" fənnindən imtahan verib. Sinif yoldaşları ona imtahanda iştirak edən bir oğlanın ona çox bənzədiyini deyiblər. L.Kululaşvili bənzəri Levan Martaşvili ilə görüşüb.

Şahidlərin sözlərinə görə, əkizlərin görüşü çox emosional olub. Daha sonra məlum olub ki, qardaşlar ayrı-ayrı ailələr tərəfindən övladlığa götürülüblər və bir-birləri ilə illər sonra qarşılaşıblar.  

Son xəbərlər

Orphus sistemi