Günəşdə son 12 ilin ən güclü partlayışı baş verib - VİDEO

Günəşdə son 12 ilin ən güclü partlayışı baş verib - VİDEO Partlayış ləkələrdən ibarət iki böyük qrupun birləşməsi nəticəsində olub
Maraqlı
174
6 Sentyabr , 2017 23:40
Günəşdə son 12 ilin ən güclü partlayışı baş verib - VİDEO

Bakı. 6 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-da Günəşdə son 12 il ərzində ən güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Lebedev adına Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Günəşin Rentgen Astronomiyası Laboratoriyasının məlumatında bildirilir.

Mütəxəssislərin fikrincə, partlayış Günəşdəki ləkələrdən ibarət iki böyük qrupun birləşməsi nəticəsində olub.

Partlayışa X9.3 bal verildiyi bildirilir. Onun ardınca bir qədər zəif - X2.2 bal gücündə işartı olub.

Astronomlar qeyd edirlər ki, sonuncu dəfə bu gücdə radioşüalanma 7 sentyabr 2005-ci il tarixində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi