“Google” neyron şəbəkənin şüurunu kəşf edən əməkdaşını işdən çıxarıb

“Google” neyron şəbəkənin şüurunu kəşf edən əməkdaşını işdən çıxarıb “Google” şirkəti yaratmaqda olduğu “LaMDA” neyron şəbəkəsində şüur ​​tapdığını söyləyən əməkdaşını - baş mühəndis-proqramçısı Bleyk Lemoynu işdən çıxarıb.
Maraqlı
23 İyul , 2022 17:30
“Google” neyron şəbəkənin şüurunu kəşf edən əməkdaşını işdən çıxarıb

“Google” şirkəti yaratmaqda olduğu “LaMDA” neyron şəbəkəsində şüur ​​tapdığını söyləyən əməkdaşını - baş mühəndis-proqramçısı Bleyk Lemoynu işdən çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yazıb.

“Google” nümayəndəsi “Reuters”ə bildirib ki, mühəndis şirkət siyasətini pozub. Bundan əlavə, korporasiya onun “LaMDA” ilə bağlı məlumatlarını tamamilə əsassız hesab edir. “Təəssüf ki, bu mövzu ilə bağlı uzun müzakirələrə baxmayaraq, Bleyk məhsullarla bağlı məlumatların qorunması zərurətini ehtiva edən məşğulluq siyasəti və məlumat təhlükəsizliyinin aydın qaydalarını israrla pozmağı seçib”, - şirkətdən bildiriblər.

41 yaşlı B.Lemoyn iyunun ortalarında çat-botlar yaradan “LaMDA” (Language Model for Dialogue Applications) neyron şəbəkəsinin şüur və özünü bir insan kimi qavrama əlamətləri göstərdiyini, o cümlədən süni intellektin öz hüquqlarından danışmağa başladığını bildirmişdi. İşçi rəhbərlik üçün ətraflı hesabat hazırlamış, lakin bundan sonra ödənişli məzuniyyətə göndərilmişdi. Bir həftə sonra B.Lemoyn neyron şəbəkəsi üçün vəkil tutduğunu elan edib.

Son xəbərlər

Orphus sistemi