Bakı. 15 dekabr. REPORT.AZ/ 2015-ci ildən Rusiyada nikah və boşanma ilə bağlı dövlət rüsumu da bahalaşacaq.
"Report" xəbər verir ki, bu haqda "Rossiyskaya qazeta" məlumat yayıb.
Gələn ildən nikahın rəsmi qeydiyyatı 200 rubl deyil, 350 rubl olacaq. Boşanmanın rüsumu isə 400 rubldan 650 rubla qaldırılacaq.
Ad dəyişdirilməsi isə min rubldan 1,6 min rubladək bahalanacaq. Xarici dövlətlərdə sənədlərin leqallaşdırılmasının qiyməti 1500 rubldan 2000-dək artacaq.
Xatırladaq ki, xarici pasportların qiyməti min rubldan 2 minədək, yəni iki dəfə bahalaşıb.