Gələn il ana bətnindəki uşağın üzərində ilk dəfə kök hüceyrəsi müalicəsi aparılacaq

Gələn il ana bətnindəki uşağın üzərində ilk dəfə kök hüceyrəsi müalicəsi aparılacaq Müalicə üsulu 25 min uşaqdan bir rast gəlinən "iç-içə keçmiş sümük sindromu" üçün kəşf olunub
Maraqlı
16 Oktyabr , 2015 20:43
Gələn il ana bətnindəki uşağın üzərində ilk dəfə kök hüceyrəsi müalicəsi aparılacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Alimlər daha bir yeniləyə imza ataraq ilk dəfə olaraq ana bətnində uşağın üzərində kök hüceyrəsinin müalicəsini aparacaqlar. "Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni müalicə üsulunu İsveçin Karolinska İnstitutunun mütəxəssisləri həyata keçirəcəklər.

Onlar dünyada nadir görülən uşaq xəstəliyini müalicə etmək üçün tibbdə ilk dəfə kök hüceyrəsi müalicəsi aparacaqlar.

25 min uşaqdan bir rast gəlinən "iç-içə keçmiş sümük sindromu" (Osteogenesis imperfect) üçün kəşf olunan müalicə üsulu körpəyə ana bətnində müdaxiləni tələb edir. İsveçli ekspertlərin icad etdiyi müalicə gələn ilin yanvar ayında İngiltərənin Great Ormond Xəstəxanasında ana bətnindəki körpəyə tətbiq olunacaq.

Məlumatda o da qeyd olunub ki, yeni müalicə növündə ana bətnindəki körpəyə şpris vasitəsilə yeridilən kök hüceyrələr uşağın sümüklərini möhkəmləndirir və beləliklə, sümüklərin quruluş pozğunluqlarının qarşısını alacaq.

Xatırladaq ki, adıçəkilən xəstəlik müəyyən edildiyi zaman hamiləlik dərhal dayandırılır. Çünki bu xəstəliyin daşıyıcısı olan uşaqlar çox sayda sümük sınığı ilə doğulur və yaşadığı qısa ömürlərində əlil arabasına məhkum olurlar. 

Son xəbərlər

Orphus sistemi