“Queen” qrupunun vokalçısı Freddi Merkurinin “Yamaha” royalı hərracda 1,74 milyon funt sterlinqə (2,2 milyon dollar) satılıb.
“Report” xəbər verir ki, ifaçıya məxsus 1,5 min əşyadan ibarət kolleksiyanın yer aldığı hərrac
Royal 1975-ci ildən 1991-ci ilə qədər, yəni musiqiçinin ölümünədək ona xidmət edib. Merkuri nisbətən kiçik, həmçinin sırf müəyyən sədaya malik olan ideal ev alətini seçmək üçün həftələr sərf edib. O, 1 000 funt sterlinqə “Yamaha G2” kabinetli royal alıb.
“Freddi “Yamaha”ya mütləq hörmətlə yanaşırdı. O onu alətdən daha çox – özünün uzantısı, yaradıcılıq vasitəsi hesab edirdi. O, heç vaxt pianino arxasında siqaret çəkməz, üstünə stəkanı qoymaz və başqasına bunu etməyə icazə verməzdi”, - Merkurinin sevgilisi Meri Ostin xatırlayıb.