Fransanın sonuncu kraliçasının zinət əşyaları hərracda 8 milyon dollara satılıb

Fransanın sonuncu kraliçasının zinət əşyaları hərracda 8 milyon dollara satılıb Fransanın sonuncu kraliçası Mariya Antuanettaya məxsus unikal cüt brilyant bilərziklər "Christies" hərracında 7,5 milyon frank (təxminən 8 milyon ABŞ dolları) qiymətinə satılıb.
Maraqlı
10 Noyabr , 2021 01:33
Fransanın sonuncu kraliçasının zinət əşyaları hərracda 8 milyon dollara satılıb

Fransanın sonuncu kraliçası Mariya Antuanettaya məxsus unikal cüt brilyant bilərziklər "Christies" hərracında 7,5 milyon frank (təxminən 8 milyon ABŞ dolları) qiymətinə satılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, kraliçaya məxsus bütün zinət əşyalarından yalnız hərraca çıxarılan brilyant bilərziklər Mariyanın ölümündən sonra inventara daxil edilən formada qalıb.

"Christies" mütəxəssisləri bilərziklərin dəyişdirilə biləcəyini istisna etmirlər, lakin daşların ümumi tərkibi, kəmiyyət və keyfiyyəti toxunulmaz qalıb.

Kraliçanın zərgərlik məmulatları 200 ildən artıqdır şəxsi kolleksiyalardadır və ilk dəfə 2018-ci ildə Cenevrədə Burbon-Parma ailəsi tərəfindən sərgilənib. 2018-ci ilin noyabrında keçirilən hərracda onun digər zinət əşyaları rekord məbləğə - 42,7 milyon ABŞ dollarına satılıb.

Tarixçilərin araşdırmasına görə, Mariya Antuanetta təxminən 1776-cı ildə şəxsi zərgəri Çarlz Bemerdən 250 000 livrə (4,6 milyon ABŞ dolları) ekvivalentinə iki almaz bilərzik alıb. Qolbaqların mənşəyi kraliçanın əri Kral XVI Lüdovikin kitablarına daxil olan qeydlərlə sübut olunur.

1791-ci ildə Fransa inqilabının qızğın çağında Mariya Antunaetta həbs edilib. İki il sonra isə kraliça gilyotinlə edam edilib.

Son xəbərlər

Orphus sistemi