"İspan" epidemiyasından qurtulmuş fransız koronavirusdan da sağaldı - FOTO

"İspan" epidemiyasından qurtulmuş fransız koronavirusdan da sağaldı - FOTO Fransanın 106 yaşlı uzunömürlü vətəndaşı koronavirusdan sağalmağa müvəffəq ola bilib.
Maraqlı
2 May , 2020 05:08
İspan epidemiyasından qurtulmuş fransız koronavirusdan da sağaldı - FOTO

Fransanın 106 yaşlı uzunömürlü vətəndaşı koronavirusdan sağalmağa müvəffəq ola bilib.

“Report” xəbər verir ki, bu barədə “Parisien” qəzeti yazıb.

Nəşr bildirib ki, paytaxt regionunun İvelin departamentindəki qocalar evində yaşayan Elen Lefevrin koronavirus testi aprelin 15-də müsbət nəticə verib. Qadında zəiflik və yüksək temperatur müşahidə edilib. O, öz otağında təcridetmədə olub və xəstəxanaya yerləşdirilməsi lazım gəlməyib.

Elen Lefevr
Elen Lefevr

Lefevr Birinci Dünya Müharibəsindən bir neçə gün əvvəl dünyaya gəlib. Dünyada 30-40 milyon insanın ölümü ilə nəticələnən "ispan" epidemiyası yayılanda onun 5 yaşı olub.  

Qeyd edilir ki, Lefevr indi sağlamdır, onun səhhətində problem yoxdur. Qadının qohumları vəfat edib. Onun yaşadığı qocalar evində 200 kirayənişin160 əməkdaş var.

Son məlumatlara görə, Fransada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 130 mini ötüb. Ölkədə demək olar ki, 24,6 min insan COVID-19-dan ölüb.

Son xəbərlər

Orphus sistemi