Fransada Roma imperiyası dövrünə aid məhəllə tapılıb

Fransada Roma imperiyası dövrünə aid məhəllə tapılıb Fransanın Lion şəhərində Roma imperiyası dövrünə aid məhəllə tapılıb.
Maraqlı
104
10 İyul , 2019 20:35
Fransada Roma imperiyası dövrünə aid məhəllə tapılıb

Fransanın Lion şəhərində Roma imperiyası dövrünə aid məhəllə tapılıb. 

"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə jurnalistlərə arxeoloq Banjamən Kleman məlumat verib.

Arxeoloq bildirib ki, Lion şəhərinin Furvier qayalığının üzərində yerləşən bu qədim kompleksin 197-ci ilə aid olduğu güman edilir. Ərazidə çoxlu sayda qədimi əşya tapılıb: "Çox nadir haldır ki, yeni arxeoloji kəşf zamanı bu qədər əşya tapılsın. Tapılan əşyalar uzun əsrlər keçməsinə baxmayaraq, yaxşı vəziyyətdə qalıb".

Artıq yeni arxeoloji kompleks öyrənilməyə başlanılıb. Araşdırmaların 5 ilə qədər vaxt aparacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi