​Finlandiyanın XİN başçısı cərimələnib

​Finlandiyanın XİN başçısı cərimələnib Prokurorluğun məlumatına görə, Tuomioya cərimə yazılarkən, etiraz etməyib, müqavimət göstərməyib
Maraqlı
14 Fevral , 2015 10:40
​Finlandiyanın XİN başçısı cərimələnib

Bakı.14 fevral. REPORT.AZ/ Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya 9 günlük əmək haqqı məbləğində cərimə edilib.

"Report" "gazeta.ru"ya istinadən xəbər verir ki, o, sürət həddini aşdığı və avtomobili texniki baxışdan keçirmədiyi üçün cəzalandırılıb.

Nazir 2014-cü ilin sentyabrında Helsinkidə 40 km/saat sürət həddi olan yolda avtomobili 49 km/saatla sürüb. Ötən il mayın sonunda isə onun maşını texniki baxışdan keçməli imiş. Nazir bildirib ki, maşını texniki baxışdan keçirmək üçün texniki xidmət stansiyasına aparıb: "Orada rəsmi texniki baxışdan keçirilib-keçirilməməsini yoxlamamışam. Əlbəttə, bu mənim günahımdır".

Prokurorluğun məlumatına görə, Tuomioya cərimə yazılarkən, etiraz etməyib, müqavimət göstərməyib. 

Son xəbərlər

Orphus sistemi