​Finlandiyanın baş naziri təyinat məntəqəsinə təyyarənin tualetində uçub

​Finlandiyanın baş naziri təyinat məntəqəsinə təyyarənin tualetində uçub Hökumət başçısına hava gəmisində yer tapılmayıb
Maraqlı
236
22 Noyabr , 2015 12:28
​Finlandiyanın baş naziri təyinat məntəqəsinə təyyarənin tualetində uçub

Bakı. 22 noyabr. REPORT.AZ/ Finlandiyanın baş naziri Yuxa Sipilya paytaxt Helsinkidən Oulu şəhərinə qədər yer çatışmazlığı səbəbindən təyyarənin tualetində uçmalı olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, insident noyabrın 7-də baş verib. Sipilya bütün gecə boyu uzanan sosial təminat və səhiyyə islahatlarına dair danışıqlarda iştirak edib və həyat yoldaşı ilə uçmalı olduğu Oulu şəhərinə bütün təyyarə reyslərini qaçırıb.

Sonda Sipilya standartdan kənar həll yoluna əl atıb: o, Ouluya səhər tezdən xilasetmə xidmətinin təyyarəsində uçub. Lakin təyyarədə yalnız bir boş yer olduğundan, baş nazir həmin oturacağı həyat yoldaşına güzəştə gedib, özü isə bütün uçuşu tualet otağında oturaraq keçirib.

Finlandiya Mərkəzi Partiyasının 54 yaşlı rəhbəri baş nazir postunu 2015-ci ilin may ayından tutur.

Son xəbərlər

Orphus sistemi