Ev heyvanları üçün xüsusi tribuna hazırlandı

Ev heyvanları üçün xüsusi tribuna hazırlandı Dünyada yayılan yeni növ koronavirus infeksiyasından sonra idman yarışları artıq azarkeş olmadan keçirilir.
Maraqlı
4768
9 Avqust , 2020 03:25
Ev heyvanları üçün xüsusi tribuna hazırlandı

Dünyada yayılan yeni növ koronavirus infeksiyasından sonra idman yarışları artıq azarkeş olmadan keçirilir.

Bu barədə “Report” “BBC”yə istinadən xəbər verir.

Qeyd olunub ki, tribunalara üzərində azarkeşlərin fotoları olan kartonlar qoyulurdu.

Lakin “Dodgers” beysbol komandası ev heyvanları üçün də xüsusi tribuna qurub.

Artıq komandanın azarkeşləri ev heyvanları üçün bileti 150 ABŞ dollarına ala bilərlər.

Orphus sistemi