​Estoniyada elektron siqaretlər qadağan olunur

​Estoniyada elektron siqaretlər qadağan olunur Martın 23-də tütün haqqında yeni qanun qüvvəyə minəcək
Maraqlı
436
22 Mart , 2015 15:42
​Estoniyada elektron siqaretlər qadağan olunur

Bakı. 22 mart. REPORT.AZ/ 23 mart tarixindən etibarən Estoniyada həddi-buluğa çatmamış şəxslərin elektron siqaret çəkmələrini də qadağan edən tütün haqqında yeni qanun qüvvəyə minəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxslərin tütün qəbul etmək üçün nəzərdə tutulan tənbəki çubuğu və qəlyan kimi məmulatlara yiyələnmələri də qanun ilə qadağan ediləcək.

Qanun, həmçinin onların siqaret çəkmək üçün nəzərdə tutulan yer və zonalarda olmalarını qadağan edir. Qadağalara tüstüsüz tütün məmulatlarına müraciət etmək də daxildir.

Son xəbərlər

Orphus sistemi