Erkən nikahlar alkoqolizm riskini artırır

Erkən nikahlar alkoqolizm riskini artırır 21 yaşadək girilmiş nikahlar irsi meyli olanlarda alkoqolizmin inkişafı riskini hər iki tərəf üçün artırır
Maraqlı
1019
25 İyul , 2020 16:04
Erkən nikahlar alkoqolizm riskini artırır

21 yaşadək bağlanılmış nikahlar irsi meyli olan ər-arvadda alkoqolizmin inkişafı riskini artırır.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ-ın Virciniya Birlik Universitetinin alimləri gəliblər.

Məlumata görə, alkoqolizmə irsi meyli olan 1 000 nəfəri təhlil edən araşdırmaçılar 21 yaşadək bağlanılan nikahlarda alkoqoldan dəfələrlə çox sui-istifadə halları aşkarlayıblar.

Bununla belə, öncəki araşdırmalarda nikahın alkoqolizm riskini azaltdığı məlum olmuşdu. Alimlər belə qənaətə gəliblər ki, bu daha çox böyük insanların münasibətlərinə şamil edilə bilər.

“Gənclərdə müdafiə funksiyası işə düşmür, onlar bir-birinə müsbət təsir göstərə bilmirlər”, - araşdırmanın həmmüəllifi Rebekka Smit bildirib.

Orphus sistemi