Ərəb xəttatlığı YUNESKO-nun mədəni irs siyahısına daxil edilib

Ərəb xəttatlığı YUNESKO-nun mədəni irs siyahısına daxil edilib “Ərəb xəttatlığı ahəngdarlıq, zəriflik və gözəlliyi ifadə etmək üçün ərəb dilində səlis yazmaq sənətidir"
Maraqlı
185
16 Dekabr , 2021 07:08
Ərəb xəttatlığı YUNESKO-nun mədəni irs siyahısına daxil edilib

YUNESKO ərəb xəttatlığını Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib.

“Report” xəbər verir ki, bu barədə qurumun tviter səhifəsində məlumat verilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı başda olmaqla, 16 müsəlman ölkəsi ərəb xəttatlığının bu siyahıya daxil olunması üçün müraciət etmişdi.

“Ərəb xəttatlığı ahəngdarlıq, zəriflik və gözəlliyi ifadə etmək üçün ərəb dilində səlis yazmaq sənətidir. Həm rəsmi, həm də qeyri-rəsmi təhsil vasitəsilə ötürülə bilən bu təcrübədə ərəb dili əlifbasının iyirmi səkkiz hərfindən istifadə edilir, yazı istiqaməti sağdan soladır”, - YUNESKO-nun saytındakı məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi