Ərdoğan: "Gələn il Antarktidada elmi tədqiqat bazası açacağıq"

Ərdoğan: "Gələn il Antarktidada elmi tədqiqat bazası açacağıq" Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyə gələn il Antarktidada xüsusi elmi-tədqiqat bazası açacaq.
Maraqlı
17 İyun , 2018 02:53
Ərdoğan: Gələn il Antarktidada elmi tədqiqat bazası açacağıq

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyə gələn il Antarktidada xüsusi elmi-tədqiqat bazası açacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" səhifəsində bildirib.

"Biz 2019-cu ildə elmi baza quracağıq. Nəticədə Türkiyə Antarktidada elmi qütb stansiyası olan 30 ölkənin siyahısına düşəcək", - deyə Türkiyə liderinin məlumatında bildirilir.

Türkiyə 1959-cu ildə imzalanmış və 1961-ci ildə təsdiq edilmiş Antarktidaya dair müqavilənin iştirakçılarından biridir. Bu sənədə əsasən materikdə ancaq elmi fəaliyyətə icazə verilir. 1982-ci ildə Antarktidanın dəniz canlılarının qorunması ilə bağlı konvensiya qüvvəyə minib. Hazırda müqavilənin iştirakçıları sırasına daha 50 ölkə daxildir. Qitədə daha 20 dövlətin 90-ə yaxın daimi və mövsümi qütb stansiyaları fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi