Ən xoşbəxt ölkələrin adı açıqlandı

Ən xoşbəxt ölkələrin adı açıqlandı Finlandiya dörd ildir dünyanın ən xoşbəxt ölkəsi adına layiq görülür
Maraqlı
19 Mart , 2021 14:48
Ən xoşbəxt ölkələrin adı açıqlandı

Finlandiya dörd ildir dünyanın ən xoşbəxt ölkəsi adına layiq görülür.

“Report” xəbər verir ki, bu, BMT-nin sifasrişi əsasında hazırlanaraq bu gün açıqlanmış “Dünya xoşbəxtlik hesabatı 2021” (“World Happiness Report 2021”) adlı sənəddə qeyd olunub.

Əvvəlki illərdə olduğu kimi, bəxtəvərlik yarışında rəqiblərini xeyli qabaqlayan Finlandiyadan sonrakı yerləri ardıcıl olaraq İslandiya, Danimarka, İsveçrə, Niderland, İsveç, Almaniya, Norveç, Yeni Zelandiya, Avstriya tutur. Azərbaycan bu reytinqdə 90-cı pillədədir.

Qeyd edək ki, 2012-ci ildən etibarən BMT Davamlı İnkişaf Həlləri Şəbəkəsi Qlobal Təşəbbüsü (Suistanable Development Solutions Network A Global Initiative for UN) tərəfindən hər il tərtib edilən hesabatda gözlənilən ömür uzunluğu, sosial təminat səviyyəsi, adambaşı ÜDM və s. nəzərə alınır.

Son xəbərlər

Orphus sistemi