Əbu-Dabi polisi ictimai asayişi dəvələrlə qoruyacaq - FOTO

Əbu-Dabi polisi ictimai asayişi dəvələrlə qoruyacaq - FOTO Bakı. 11 dekabr. REPORT.AZ/ Əbu-Dabi Əmirliyinin polisi ictimai asayişi qorumaq üçün xüsusi patrulların yaradıldığını bildirib.
Maraqlı
11 Dekabr , 2018 01:44
Əbu-Dabi polisi ictimai asayişi dəvələrlə qoruyacaq - FOTO

Bakı. 11 dekabr. REPORT.AZ/ Əbu-Dabi Əmirliyinin polisi ictimai asayişi qorumaq üçün xüsusi patrulların yaradıldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə yerli "Gulf News" nəşri məlumat yayıb.

Məlumata görə, yeni polis patrulları dəvələrlə təchiz ediliblər. Əbu-Dabi polisinin baş komandanı Məhəmməd əl-Rumeysi bildirib ki, bu addım təhlükəsizliyin təmin olunması ilə yanaşı, əmirlik ənənəsinin qorunmasına yönəldilib.

Qeyd edilir ki, dəvələrin üstündə xidmət keçirəcək patrul əməkdaşlarına təkcə səhralıq ərazilərdə deyil, şəhərlərdə də rast gəlmək mümkün olacaq. 

Son xəbərlər

Orphus sistemi