​Dünyanın ən varlı adamlarının reytinq siyahısında dəyişiklik olub

​Dünyanın ən varlı adamlarının reytinq siyahısında dəyişiklik olub Planetin ən pullu adamı Bill Qeyts ikinci yerdədir
Maraqlı
207
23 Oktyabr , 2015 20:11
​Dünyanın ən varlı adamlarının reytinq siyahısında dəyişiklik olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ İspaniyalı sahibkar, "Zara" mağazalar şəbəkəsinin qurucusu Amansio Orteqa "Microsoft"un qurucusu Bill Qeytsi keçərək planetin ən varlı adamı olub.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu, "Forbes" jurnalının araşdırmasına əsasən müəyyən edilib.

Məlumata görə, onun var-dövləti 79,7 milyard dollardır. Xəbərə görə, son sutkada ispan iş adamının varidatı 5,2 faiz, yaxud 3,9 milyard dollar artıb.

Bill Qeyts oktyabrın 23-də 78,1 milyard dollarlıq var-dövləti ilə "Forbes"in reytinq siyahısında ikinci yeri tutub. Son sutkada onun varidatı isə 0,7 faiz və ya 572 milyon dollar artıb.

Qeyd edək ki, "Bloomberg" ("Bloomberg Billioners Index") agentliyinin reytinq siyahısına görə, Amansio Orteqa 75,7 milyard dollarlıq var-dövləti ilə ikinci yerdədir. Bu siyahıda isə Bill Qeyts 83,8 milyard dollarlıq varidatı ilə birincidir.

Son xəbərlər

Orphus sistemi