Dünyada ağ zürafədən bir dənə qaldı

Dünyada ağ zürafədən bir dənə qaldı Afrikanın Keniya ölkəsində 2 ağ zürafə öldürülüb.
Maraqlı
11 Mart , 2020 17:32
Dünyada ağ zürafədən bir dənə qaldı
Nation Breaking News

Afrikanın Keniya ölkəsində 2 ağ zürafə öldürülüb.

“Report” xəbər verir ki, bunu İşakbini Hirola qoruğunun rəhbərliyi açıqlayıb.

Məlumata görə, qoruqda yalnız 1 erkək ağ zürafə qalıb.

Heyvanları brakonyerlərin öldürdüyü bildirilir.

Bundan başqa, həmin heyvanların albinos olmadığı vurğulanır. Onların rəngi mutasiya (leykizm) ilə əlaqədardır. Bu proses nəticəsində heyvanların dəri hüceyrələri piqmentasiyanı itirməyə başlayır.

Qeyd edək ki, ötən il Keniyanın Vəhşi Təbiət Mühafizəsi Xidməti ağ zürafələrin yalnız İşakbini Hirola qoruğunda yaşadıqlarını açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi