Dubay sakinləri sabah avtomobildən imtina edəcək

Dubay sakinləri sabah avtomobildən imtina edəcək Bu addım zərərli tullantılarla mübarizə və xeyriyyəçilik məqsədilə atılıb
Maraqlı
4 Fevral , 2017 11:23
Dubay sakinləri sabah avtomobildən imtina edəcək

Bakı. 4 fevral. REPORT.AZ/ Dubay hökuməti fevralın 5-ni avtomobilsiz gün elan edib.

"Report" "Khaleej Times"a istinadən xəbər verir ki, bir gün ərzində avtomobildən imtina edən hər bir sürücü xeyriyyəçilik üçün vəsait ayrılmasına səbəbkar olacaq.

Dubay bələdiyyəsi zərərli tullantıların atmosferə yayılması və ətraf mühitin çirkləndirilməsinin azaldılması məqsədilə sakinləri bir gün avtomobilsiz hərəkət etməyə çağırıb. Eyni zamanda, aksiyaya qoşulan sürücülərin sayından asılı olaraq, bələdiyyə xeyriyyə işlərinə və ağac əkininə müəyyən məbləğdə vəsait ayıracaq. Hələlik məbləğin nə qədər olacağı açıqlanmır.

Bu təşəbbüs ilk növbədə dövlət qurumlarının əməkdaşlarına aiddir. Belə ki, sabah bələdiyyə və kampaniyada iştirak edən digər təşkilatların avtomobil parkı bağlı olacaq.

Son xəbərlər

Orphus sistemi