Dondurmanın dadına baxıb yerinə qoydu, həbs cəzası aldı - VİDEO

Dondurmanın dadına baxıb yerinə qoydu, həbs cəzası aldı - VİDEO Məşhur “Walmart” supermarketində soyuducudan götürdüyü dondurmanın dadına baxıb yerinə qoyan gəncə 1 ay inzibati həbs cəzası verilib.
Maraqlı
6 Mart , 2020 09:57
Dondurmanın dadına baxıb yerinə qoydu, həbs cəzası aldı - VİDEO
google.az

Məşhur “Walmart” supermarketində soyuducudan götürdüyü dondurmanın dadına baxıb yerinə qoyan gəncə 1 ay inzibati həbs cəzası verilib.

“Report” “BBC Türkçe”yə istinadən bildirir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.

24 yaşlı D.Anderson bunu sosial şəbəkədə paylaşaraq zarafatlaşmaq məqsədi ilə etdiyini etiraf edib.

Təhlükəsizlik kameraları daha sonra gəncin dondurma qutusunu geriyə götürüb satın aldığını da qeydə alıb.

Hökmə əsasən, ona 1 aylıq inzibati həbs cəzasından başqa, 100 saat islah işləri, 1 000 ABŞ dolları cərimə və dondurma şirkətinə 1 565 ABŞ dollar ödəmə cəzası da təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustun 26-da Texas ştatının Hyuston şəhərindən 145 km məsafədə yerləşən Port-Artur şəhərində qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi