Dehlidə oğrular Nobel mükafatı laureatının sertifikatını oğurlayıb

Dehlidə oğrular Nobel mükafatı laureatının sertifikatını oğurlayıb Oğrular həmçinin evdən qızıl-zinət əşyaları və elektronika vasitələrini aparıblar
Maraqlı
7 Fevral , 2017 13:57
Dehlidə oğrular Nobel mükafatı laureatının sertifikatını oğurlayıb

Bakı. 7 fevral. REPORT.AZ/ Hindistanlı hüquq müdafiəçisi və Nobel mükafatı laureatı Kaylaş Satyarthinin evi soyulub. 

"Report" BBC-yə istinadən xəbər verir ki, oğrular Nobel medalının surətini və mükafatın verildiyini təsdiq edən sertifikatı da aparıblar.

Hazırda ölkə xaricində olan K.Satyarthi qarət hadisəsinin bu gün səhər, evdə heç kim olmayan zaman baş verdiyini bildirib.

"Evimin qapısının qıfılı sındırılıb, Nobel medalının surəti və sertifikat, eləcə də bir neçə başqa şey oğurlanıb. Hələlik evdən nəyin yoxa çıxdığını araşdırırıq", - deyə hüquq müdafiəçisi vurğulayıb.

Oğrular həmçinin evdən qızıl-zinət əşyaları və elektronika vasitələrini aparıblar.

Qeyd edək ki, K.Satyarthi 2014-cü ildə pakistanlı hüquq müdafiəçisi Malala Yusafzay ilə birlikdə Nobel Sülh Mükafatı laureatı olub. K.Satyarthiyə mükafat Hindistanda uşaqların oğurlanması və istismar edilməsi ilə mübarizədə göstərdiyi fəallığa görə verilib.

Son xəbərlər

Orphus sistemi