Daş dövründə insanlar gəmiricilər ilə qidalanıb

Daş dövründə insanlar gəmiricilər ilə qidalanıb İnsanların heyvanları ya qızardıb, ya da qaynadıb yedikləri ehtimal olunur
Maraqlı
22 Oktyabr , 2016 11:45
Daş dövründə insanlar gəmiricilər ilə qidalanıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ İnsanlar 5 min il bundan əvvəl gəmiricilər ilə qidalanmış ola bilər. 

“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatçılar bu qənaətə Şotlandiyanın şimalında Orkney adalarında arxeoloji sahələrdə aparılan qazıntı işləri zamanı gəliblər.

Arxeoloqlar qazıntı zamanı çoxu tarla siçanları olmaqla yandırılmış gəmirici sümükləri aşkar ediblər. 

Tapıntılar Daş dövründə həmin ərazidə yaşayan insanların heyvanları ya qızardıb, ya da qaynadıb yedikləri ehtimalını artırır.

Bu da Avropada Neolit dövründə yaşayan insanların gəmiriciləri qida kimi istifadə etdiyinin ilk sübutudur. 

Son xəbərlər

Orphus sistemi