Dünyada süni ürəyi olan ikinci insan

Dünyada süni ürəyi olan ikinci insan Fransa həkimləri tarixdə ikinci dəfə süni ürəyin köçürülməsi üzrə əməliyyat icra ediblər
Maraqlı
110
8 Sentyabr , 2014 18:00
Dünyada süni ürəyi olan ikinci insan
Bakı. 8 sentyabr. REPORT.AZ/ Fransalı həkimlər tarixdə ikinci dəfə süni ürəyin köçürülməsi üzrə əməliyyat icra ediblər. Report AFP-yə istinadən xəbər verir ki, bu barədə orqanın yaradılması ilə məşğul olan Carmat şirkətinin məlumatında deyilir. 

Ürəyin köçürülməsi üzrə əməliyyat bir neçə həftə əvvəl tam məxfi şəraitdə Nanta tibb mərkəzində keçirilib. Çəkisi 900 qram olan süni ürək artıq çəkidən əziyyət çəkən pasiyentə köçürülüb. 

Süni ürəyin köçürülməsi üzrə ilk əməliyyat 2013-cü ilin dekabr ayında Jorj Pompidu Avropa hospitalında aparılıb. Lakin bioprotezin köçürüldüyü 76 yaşlı kişi mexanizmin işindəki nasazlıq səbəbindən 2,5 ay sonra vəfat edib. 

Son xəbərlər

Orphus sistemi