Cozef Baydenin itləri Ağ Evdən çıxarıldı

Cozef Baydenin itləri Ağ Evdən çıxarıldı ABŞ prezidenti Cozef Baydenin iki ovçarkası Ağ Evdən çıxarılıb
Maraqlı
10 Mart , 2021 02:57
Cozef Baydenin itləri Ağ Evdən çıxarıldı

ABŞ prezidenti Cozef Baydenin iki ovçarkası Ağ Evdən çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNN bildirib.

Qeyd edilir ki, buna onlardan birinin mühafizə və xidmətçi personalla aqressiv davranışı səbəb olub.

Telekanalın informasiyasına əsasən, “Maycor” ləqəbli üç yaşlı it məxfi xidmətin əməkdaşlarından birini dişləyib. Bundan sonra iti Ağ Evdən Bayden ailəsinin yaşadığı Uilminqtona (Delaver ştatı) evə göndəriblər.

CNN mənbələrinin sözlərinə görə, Meycor daim hürərək səs-küy yaradıb, xidmətçi heyətin və Ağ Evin təhlükəsizlik xidmətinin əməkdaşlarının üstünə atılıb, habelə onların arxasınca qaçıb.

Ancaq yaşı 13-dən çox olan “Çemp” ləqəbli böyük it özünü sakit aparıb və mühafizəçilərə, digər xidmətçi heyətə qarşı hər hansı aqressiv hərəkətlər etməyib. Hər iki it yanvarda, Baydenin inaqurasiyasından sonra dörd gün sonra Ağ Evə gətirilib.

Bununla da ABŞ-ın yeni seçilmiş prezidentinin iti Birləşmiş Ştatların birinci iti olub.

Cozef Bayden bir neçə ay əvvəl verdiyi açıqlamada ötən əsrdə Ağ Evdə Birləşmiş Ştatların bütün prezidentlərinə məxsus olmuş it saxlama ənənəsini geri qaytaracağını söz vermişdi. Bu ənənəni ABŞ-ın o zamankı prezidenti Donald Tramp pozub.

Baydenin yanvarın 20-dəki inaqurasiyasından sonra Ağ Evə onunla və xanımı ilə birlikdə “Çemp” və “Majcor” ləqəbli alman ovçarkaları da köçüblər.

Son xəbərlər

Orphus sistemi