​Çörçill Osmanlı paşası ola bilmədiyinə görə təəssüflənirmiş

​Çörçill Osmanlı paşası ola bilmədiyinə görə təəssüflənirmiş O, islama heyranlığını gizlətməyib
Maraqlı
29 Dekabr , 2014 10:36
​Çörçill Osmanlı paşası ola bilmədiyinə görə təəssüflənirmiş

Bakı. 29 dekabr. REPORT.AZ/ Şərqlə çox maraqlandığına görə, Britaniyanın keçmiş baş naziri Uniston Çörçillin ailəsi onun islamı qəbul edəcəyindən narahat imiş.

"Report" xəbər verir ki, "İndependent" qəzeti ailəsinin onu dilə tutduğunu yazıb.

Qəzet bildirir ki, 1907-ci ildə Çörçillin nişanlısı Qvendolin Berti ona yazıb: "Xahiş edirəm, islamı qəbul etmə. Mən sənin xasiyyətində Osmanlı imperiyasında ən yüksək titulların, paşaların üslubunda şərqə meyillik hiss edirəm".

Çörçill ona belə cavab verib: "Mən paşa ola bilmədiyim üçün təəssüflənirəm".

Bu məktub Kembric Universitetinin elmi əməkdaşı Uorren Dokter tərəfindən aşkarlanıb. "Çörçill heç vaxt islamı ciddi şəkildə qəbul etmək fikrində olmayıb. Bundan başqa o, ateist idi. Viktorian dövründəki (Hindistan, İrlandiya və Böyük Britaniyanın kraliçası Viktoriyanın hakimiyyəti illəri nəzərdə tutulur - red.) kimi insanlar birləşəndə, o islam mədəniyyətinə heyranlığını gizlətmiridi", - Dokter qeyd edib.

Britaniyanın baş naziri islam cəmiyyətinin həyatını Sudanda zabit kimi xidmətdə olarkən müşahidə edib. Bundan başqa, ərəbşünas və şair Uilfrid Blant onun üçün müəmmalı olub.

"Blantla Çörçill dost olub, əyləncə gecələrinə onların hər ikisi ərəb üslubunda geyinməyi xoşlayarmışlar",- alim yazıb.

Müsəlmanların rəğbətini qazanmaq üçün Cörçill 1940-cı ildə Londonda mərkəzi məscidin tikintisi üçün 100 min funt ayırıb. İslam mədəniyyətinə vurğunluğuna baxmayaraq, bu dinin bəzi məqamları onu qane etmirmiş. Məsələn, Britaniyanın keçmiş baş naziri islamı "döyüşkən din" sayırmış.

Çörçill 1940-1945 və 1951-1955-ci illərdə Britaniyanın baş naziri olub.

Son xəbərlər

Orphus sistemi