Con Lennonun eynəyi hərracda 183 min dollara satılıb - FOTO

Con Lennonun eynəyi hərracda 183 min dollara satılıb - FOTO Musiqiçi və The Beatles qrupunun üzvü Con Lennonun əfsanəvi dairəvi eynəyi hərracda 137,5 min funt sterlinqə (183 min dollardan bir qədər çox) satılıb.
Maraqlı
14 Dekabr , 2019 06:21
Con Lennonun eynəyi hərracda 183 min dollara satılıb - FOTO

Musiqiçi və "The Beatles" qrupunun üzvü Con Lennonun əfsanəvi dairəvi eynəyi hərracda 137,5 min funt sterlinqə (183 min dollardan bir qədər çox) satılıb.

"Report"un məlumatına görə, bu barədə "Sotheby's" Hərrac Evinin saytında bildirilir.

Eynək Con Lennona 1966-cı ildə Riçatd Lesterin "Mən müharibədə necə qalib gəldim" filmindəki roluna hazırlıq üçün verilib. Tezliklə bu aksessuar musiqiçinin obrazıyla möhkəm assosiasiya edilməyə başlayıb.

Eynəyi hərraca "Beatles" qrupunun təbilçisi Rinqo Starın keçmiş sürücüsü Alan Herrinq çıxarıb. Herrinq bildirib ki, eynək 1968-ci ilin yayından ondadır. Lennon eynəyi maşının arxa oturacağına qoyub. Eynəyin şüşəsinin biri çərçivədən ayrılıb. Sürücü Lennondan eynəyi təmir edib-etdirməmək istədiyini soruşub. Musiqiçi ona bildirib ki, narahat olmasın, çünki eynək yalnız "obraz üçün" lazım olub. 

Hərrac evinin saytında eynəyin kim tərəfindən alınması barədə məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi