Çinli geymerlər 9,1 milyon dollar qazanmaqla Ginnesin Rekordlar Kitabına düşüb

Çinli geymerlər 9,1 milyon dollar qazanmaqla Ginnesin Rekordlar Kitabına düşüb Sietldəki qələbə sayəsində "Wings Gaming"in beş iştirakçısı bir anda milyonçu olublar
Maraqlı
29 Oktyabr , 2016 17:58
Çinli geymerlər 9,1 milyon dollar qazanmaqla Ginnesin Rekordlar Kitabına düşüb

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Wings Gaming" komandasından olan çinli geymerlər "Dota 2" oyununda 9,1 milyon dollar qazanmaqla Ginnesin Rekordlar Kitabına düşüblər.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, turnir yayda Sietldə keçirilib.

Ümumi mükafat fondu (təxminən 21 milyon ABŞ dolları) kiberidman yarışları arasında ən böyüyü olub. Bu məbləğin demək olar yarısı Çini təmsil edən "Wings Gaming" komandasına qismət olub. Bu isə oxşar turnirlərdə qalibə verilən ən böyük məbləğdir.

Başqa sözlə, Sietldəki qələbə sayəsində "Wings Gaming"in beş iştirakçısı bir anda milyonçu olublar.

Son xəbərlər

Orphus sistemi