Bakı. 6 fevral. REPORT.AZ/ Çində aparılan arxeoloji qazıntılar zamanı təqribən 3 min il əvvəl yaşamış timsahın qalıqları aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə "China Daily" yazıb.
Qərbi Çjou sülaləsinin hakimiyyəti dövründə mövcud olan qədim şəhərin ərazisindəki hazırkı Sian şəhərində aparılan qazıntı iştirakçıları qədim sürünənlərin yayılma sahəsini aşkar ediblər.
Tapıntının yaşı 2,7 min ildən çoxdur. Alimlər güman edirlər ki, həmin ərazidə əvvəllər göl olub.