​Çində dünyanın ən böyük şüşə körpüsü inşa olunacaq - FOTO

​Çində dünyanın ən böyük şüşə körpüsü inşa olunacaq - FOTO Bu körpü eyni anda 800-ə yaxın insanı üzərində saxlaya biləcək
Maraqlı
24 May , 2015 21:12
​Çində dünyanın ən böyük şüşə körpüsü inşa olunacaq - FOTO

Bakı. 24 may. REPORT.AZ/ Məşhur memar Haim Dotanın Memarlıq Bürosu Çjantszyatsze kanyonu üzərində uzunluğu 370 metr olacaq tam şəffaf şüşə körpü layihəsi hazırlamağı və inşa etməyi planlaşdırır.

"Report" xəbər verir ki, memarların iddiasına görə, kanyonun ən dərin yerindən təqribən 400 metr hündürlükdə inşa olunacaq bu körpü eyni anda 800 nəfərə yaxın insanı üzərində saxlamaq iqtidarında olacaq.

Şüşə körpü 2012-ci ildə "Central China Expo" sərgisində yaradılan "Tourism" investisiya əməkdaşlığı çərçivəsində maliyyələşdiriləcək və gələn il istifadəyə verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi