Cənubi Koreyada tankerdə yanğın baş verib FOTO - VİDEO

Cənubi Koreyada tankerdə yanğın baş verib FOTO - VİDEO Bu gün səhər saatlarında “Stolt Groenland” tanker gəmisində partlayış, daha sonra da yanğın baş verib.
Maraqlı
28 Sentyabr , 2019 13:41
Cənubi Koreyada tankerdə yanğın baş verib  FOTO - VİDEO
Yonhap

Bu gün səhər saatlarında “Stolt Groenland” tanker gəmisində partlayış, daha sonra da yanğın baş verib. 

“Report” “Yonhap”a istinadən xəbər verir ki, hadisə Cənubi Koreyanın cənub-şərqindəki Ulsan limanında qeydə alınıb. 

Belə ki, 25 000 ton tutuma malik və Kayman adaları bayrağı altında üzən tankerdə baş verən alov yaxınlıqda olan Sinqapur bayrağı ilə hərəkət edən başqa bir tankerə də sıçrayıb.

Yanğın nəticəsində gəminin 9 nəfər heyət üzvü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Partlayış zamanı gəmidə aralarında Rusiya və Filippin vətəndaşları da olmaqla 25 nəfər heyət üzvünün olduğu, hamısının, üstəlik, başqa bir gəmidəki 21 nəfərin də təxliyyə edildiyi bildirilir.

Hadisə yerinə Sahil Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, ərazi polis tərəfindən mühasirəyə alınıb.

Son xəbərlər

Orphus sistemi