Cənubi Afrikadan olan model "Kainat gözəli-2017" müsabiqəsinin qalibi olub

Cənubi Afrikadan olan model "Kainat gözəli-2017" müsabiqəsinin qalibi olub CAR təmsilçisi sonuncu dəfə bu yarışmada 1978-ci ildə qalib gəlmişdi
Maraqlı
1884
27 Noyabr , 2017 08:12
Cənubi Afrikadan olan model Kainat gözəli-2017 müsabiqəsinin qalibi olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikasından (CAR) olan model Demi-Li Nel-Piters Las-Veqasda keçirilən "Kainat gözəli-2017" yarışmasının qalibi olub. 

"Report" xəbər verir ki, Nel-Piters dünyanın ən nüfuzlu gözəllik yarışmasının tacına müxtəlif ölkələri təmsil edən 91 iştirakçı arasında layiq görülüb. İkinci yeri Kolumbiya gözəli Laura Qonzales, üçüncü yeri isə Yamaykaydan olan Davina Bennet tutub. 

Qeyd edək ki, CAR təmsilçisi sonuncu dəfə bu yarışmada 1978-ci ildə qalib gəlmişdi.  

Son xəbərlər

Orphus sistemi