​Cəlilabadda qeyri-adi təbiət hadisəsi baş verib - FOTO

​Cəlilabadda qeyri-adi təbiət hadisəsi baş verib - FOTO Qış ayında alça ağacı gül açıb
Maraqlı
27 Yanvar , 2016 22:39
​Cəlilabadda qeyri-adi təbiət hadisəsi baş verib - FOTO

Bakı. 27 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda qeyri-adi təbiət hadisəsi baş verib.

"Report" xəbər verir ki, qış ayında rayonun Uzuntəpə kəndində alça ağacı gül açıb.

Hadisə yerli sakin Nəsir Cəfərovun fərdi təsərrüfatında qeydə alınıb. Qar yağdıqdan sonra ağacların kollarını təmizləyən təsərrüfat sahibi budaqlarında qar olan alça ağacının gül açdığını görüb. Havaların 2 gündür şaxtalı keçməsinə baxmayaraq, ağacın gülləri solmayıb.

Son xəbərlər

Orphus sistemi