CAR-da köhnə qatar dəbdəbəli mehmanxanaya çevrilib

CAR-da köhnə qatar dəbdəbəli mehmanxanaya çevrilib Cənubi Afrika Respublikasının (CAR) Kryuger milli parkında köhnə qatar dəbdəbəli mehmanxana kimi fəaliyyət göstərməyə başlayıb.
Maraqlı
4 İyul , 2020 08:24
CAR-da köhnə qatar dəbdəbəli mehmanxanaya çevrilib

Cənubi Afrika Respublikasının (CAR) Kryuger milli parkında köhnə qatar dəbdəbəli mehmanxana kimi fəaliyyət göstərməyə başlayıb.

“Report”un məlumatna görə, bu barədə “Travel & Leisure” nəşri bildirib.

“Kruger Shalati” mehmanxanası Sabi çayı üzərində istifadəsiz qalmış dəmiryol körpüsündə yerləşir. Nəşrin qiymətləndirməsinə görə, o, 2020-ci ilin ən innovasiyalı mehmanxanasıdır.

Kryuger parkının ilk müştəriləri 1920-ci illərin əvvəllərində qatarda indi mehmanxananın fəaliyyət göstəridiyi həmin yerdə gecələyiblər. Onda bu, parka qonaq kimi baş çəkməyin yeganə üsulu idi.

Qeyd edilir ki, mehmanxanada qəşəng mebellə təmin edilmiş 31 nömrə olacaq. Burada həmçinin hovuz da yaradılıb.

Son xəbərlər

Orphus sistemi