Yeddi il geridə qalan Efiopiya 2015-ci ilə yeni qədəm qoyub

Yeddi il geridə qalan Efiopiya 2015-ci ilə yeni qədəm qoyub Öz təqvim və vaxt sistemindən istifadə edən Şərqi Afrika ölkəsi Efiopiya yeni 2015-ci ilə qədəm qoyub.
Maraqlı
12 Sentyabr , 2022 03:06
Yeddi il geridə qalan Efiopiya 2015-ci ilə yeni qədəm qoyub

Öz təqvim və vaxt sistemindən istifadə edən Şərqi Afrika ölkəsi Efiopiya yeni 2015-ci ilə qədəm qoyub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Son iki ildə qarşıdurma və siyasi böhranla mübarizə aparan ölkədə siyasətçilər və dini liderlər Yeni il üçün sülh mesajları paylaşıblar.

Öz təqvim və saat sistemindən istifadə edən ölkədə ilin “Enkutataş” adlanan ilk günü həm də yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab olunur.

Baş nazir Abiy Əhməd Əli xalqa təbrik müraciətində ​​gələcəyə ümidlə baxdıqlarını ifadə edərək, xalqını yeni ildə ölkənin daha yaxşı gələcəyə ümidinə töhfə verəcək səylərin bir parçası olmağa çağırıb.

Günəşə əsaslanan və Qriqorian təqvimindən 7 il 8 ay geri qalan Efiopiya təqvimi dini təqvim olmaqla yanaşı, dövlət tərəfindən bütün rəsmi işlərdə istifadə olunur. Fərqli vaxt sistemindən istifadə edən Efiopiyada gün 00:00-da deyil, saat 06:00-da başlayır. Bir gün iki fərqli 12 saatlıq seqmentdən ibarət olsa da, birinci saat qurşağı 06.00-da, ikinci zona isə 18.00-da başlayır.

Efiopiya təqvimində 12 ay 30 gündən ibarətdir, 12-ci aydan sonra isə 5-6 gündən ibarət 13-cü ay da var. Bu təqvimə görə yeni ilə sentyabrın 11-i və ya 12-si daxil olur.

Son xəbərlər

Orphus sistemi