Bu gün amerikalılar "Kolumb Günü"nü qeyd edir

Bu gün amerikalılar "Kolumb Günü"nü qeyd edir Bəziləri Kolumbu böyük təhqiqatçı hesab etdiyi halda, digərləri onun mirasından xəcalət çəkir
Maraqlı
12 Oktyabr , 2015 23:41
Bu gün amerikalılar Kolumb Gününü qeyd edir

Баку. 12 октября. REPORT.AZ/ Oktyabrın 12-i amerikalılar "Kolumb Günü"nü qeyd edir. “Report” “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu gün Xristofor Kolumbun Amerikanı kəşf etdiyi gün hesab olnur.

Hər il oktyabr ayının ikinci bazar ertəsi qeyd edilən "Columb Günü" amerikalıların nailiyyət və qürur günü kimi qeyd edilir.

Bəziləri Kolumbu böyük təhqiqatçı hesab etdiyi halda, digərləri onun mirasından xəcalət çəkir.

Corc Meyson universitetinin professoru Co Ginetin-Pilava bu təhqiqatçının çox sayda yerli əhalini qul halına saldığını, avropalılarla müxtəlif xəstəliklər gətirərək, minlərlə yerli əhalinin ölümünə səbəb olduğunu deyir. "Bizim apardığımız təhqiqatların nəticələrinə görə, 1492-ci ildən 1502-ci ilədək, yəni 10 il müddətində Bahama adalarında yaşayan yerli Taino xalqının sayı təqribən 1 milyondan 500 nəfərə düşüb".

Son xəbərlər

Orphus sistemi