Bu gecə “Mavi Ay”ı görmək mümkün olacaq

Bu gecə “Mavi Ay”ı görmək mümkün olacaq Bu gecə dünyamızda çox nadir rast gəlinən təbiət hadisələrindən biri olan “Mavi Ay” müşahidə ediləcək.
Maraqlı
1 Noyabr , 2020 02:22
Bu gecə “Mavi Ay”ı görmək mümkün olacaq

Bu gecə dünyamızda çox nadir rast gəlinən təbiət hadisələrindən biri olan “Mavi Ay” müşahidə ediləcək.

“Report” xəbər verir ki, “Mavi Ay” sonuncu dəfə 2018-ci ilin martında müşahidə edilib və bir əsr ərzində yalnız 5 dəfə meydana gəlir. Astronomların hesablamalarına görə, növbəti belə təbiət hadisəsinin 2023-cü illərdə meydana gəlməsi gözlənilir.

Əslində, “Mavi Ay” dünyada meydana gələn vulkan püskürməsi və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti nəticəsində mavi və onun çalarlarında göründüyündən, astronomlar nadir təbiət hadisəsini belə adlandırıblar.

Ancaq Yerin peykinin rəngi dəyişmir, sadəcə, Ay toz buludları səbəbindən mavi rəngdə görünür. “Mavi Ay” bir termin kimi 1946-ci ildə “Sky&Telescope” jurnalı tərəfindən istifadə olunsa da, lakin ilk dəfə 1883-cü ildə aydın şəkildə müşahidə edilib və elmi kitablarda qeyd olunub. Ancaq maviyə çalan Ay isə 1991-ci ildə müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi