Britaniyalı qadın 15 sm. saqqal ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb

Britaniyalı qadın 15 sm. saqqal ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb Harnaam Kaur sürətli tüklənmə xəstəliyindən əziyyət çəkir
Maraqlı
157
9 Sentyabr , 2016 06:50
Britaniyalı qadın 15 sm. saqqal ilə Ginnesin Rekordlar Kitabına düşüb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Böyük Britaniya sakini, 24 yaşlı Harnaam Kaur ən uzun saqqallı qadın kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Kaur sürətli tüklənmə xəstəliyindən əziyyət çəkir.

Qadının sözlərinə görə, o, kompleksləri və ətrafdakıların ona qarşı ünvanladığı daimi təhqirlərin öhdəsindən gəlmək üçün 15 santimetr uzunluğunda saqqal saxlayıb.

Cari ilin mart ayında Harnaam Londonda keçirilən Yüksək dəb həftəsi çərçivəsində nümayiş zamanı podiuma çıxaraq ilk saqqalı model olub.

Son xəbərlər

Orphus sistemi