Britaniyada tullantılardan hazırlanmış yeməklərin satıldığı supermarket açılıb

Britaniyada tullantılardan hazırlanmış yeməklərin satıldığı supermarket açılıb Burada başqa marketlərin və müəssisələrin atdığı mallar satılır
Maraqlı
21 Sentyabr , 2016 01:55
Britaniyada tullantılardan hazırlanmış yeməklərin satıldığı supermarket açılıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Böyük Britaniyada tullantılardan hazırlanmış yeməklərin satıldığı ilk supermarket açılıb.

"Report"un məlumatına görə, bu barədə "Independent" xəbər yayıb.

Mağaza Böyük Britaniyanın mərkəzi hissəsində, Lids şəhəri yaxınlığındadır. Burada başqa supermarketlərin və müəssisələrin atdığı mallar satılır.

Müştərilər mallara gücləri çatan miqdarda pul ödəyib ala biləcəklər.

Mağazanın sahibləri bu yolla kasıb ailələrə kömək etməyə ümid edirlər.

"Real Junk Food Project" layihəsinin banisi Adam Smit deyib ki, Böyük Britaniyanın hər şəhərində belə mağazaları açmağı planlaşdırır. Mağaza-anbarlar həmçinin məktəblərə qidaları da çatdıracaq. 

Son xəbərlər

Orphus sistemi