Bakı. 29 may. REPORT.AZ/ Britaniyada "CrossCountry Train" qatarının maşınısti sərnişinləri səhvən başqa şəhərə aparıb.
"Report" xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, qatar ölkənin şimalındakı Nyukasldan cənuba – Reddinqə doğru getmək əvəzinə, Pontefrakta istiqamətlənib.
"Mən hazırda hardasa Ponterfakt yaxınlığında itən qatardayam", - deyə sərnişinlərdən biri "Twitter"də yazıb. O, qeyd edib ki, burada "ilişib" qalıblar: "Çünki maşinist səhv yolu seçib. Kimin ağlına gələrdi ki, bu ümumiyyətlə mümkündür?".
Sərnişinin sözlərinə görə, qatarda onunla birlikdə yüzlərlə yolçu olub.
Ponterfrakt ətrafındakı uzunmüddətli dayanmalardan sonra qatar yenidən şimala qayıdıb və doğru marşrutla hərəkətə başlayıb. Bunun üçün bir neçə saat lazım gəlib. Saut-Yorkşir qraflığının Şeffild şəhərində sərnişinləri qatardan endiriblər.