Böyük Britaniyada 12 yaşlı qız “İQ” yoxlamasında Albert Enşteyn və Stiven Hokinqi üstələyib

Böyük Britaniyada 12 yaşlı qız “İQ” yoxlamasında Albert Enşteyn və Stiven Hokinqi üstələyib Onun göstəricisi 18 yaşadək olanlar arasında maksimum sayılır
Maraqlı
1041
8 May , 2017 16:42
Böyük Britaniyada 12 yaşlı qız “İQ” yoxlamasında Albert Enşteyn və Stiven Hokinqi üstələyib

Bakı. 8 may. REPORT.AZ/ Böyük Britaniyanın Çeşir qraflığında yaşayan Hindistan əsilli 12 yaşlı Racqauri Pavar “İQ” yoxlanması (intellekt göstəricisi ) zamanı 162 bal toplayaraq Albert Enşteyn və Stiven Hokinqin göstəricilərini üstələyib. 

“Report” xəbər verir ki, bunu “The Independent” qəzeti yazıb. 

Belə ki, yoxlama Mançestrdə keçirilib. Racqauri Pavar adlı qızın göstəricisi 18 yaşadək olanlar arasında maksimum sayılır.

Nəticələr açıqlanandan sonra ona Böyük Britaniyanın yüksək intellektli insanların “Mens” Cəmiyyətinə üzvlük təklif edilib.

Qeyd edək ki, dahilər üçün “İQ” 140 bənddir. Albert Enşteyn və Stiven Hokinq 160 bal toplayıblar. 

Son xəbərlər

Orphus sistemi